Hərbi xidmət əleyhinə cinayətlər AZALIB - RƏSMİ

Hərbi xidmət əleyhinə cinayətlər AZALIB - RƏSMİ

Hazırda oxunan: Hərbi xidmət əleyhinə cinayətlər AZALIB - RƏSMİ

119431

Ötən ay Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər 51,1 faiz azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, hesabat dövründə Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb.

Bildirilib ki, görülmüş işlərin, eləcə də Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə görülmüş tədbirlər nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə qeydə alınmış cinayətlər ümumilikdə 22,2 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 51,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz və ölümlə nəticələnən özünü öldürmə həddinə çatdırma cinayətləri 33,3 faiz azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO