“Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadlar hər kəs kimi biz şəhid ailələrini də məyus etdi. Lakin bu günlər dik, məğrur dayanmaq lazımdır ki, düşmənlərimiz sevinməsin”.
Bu fikirləri Bizim.Media-nın yerli bürosunun əməkdaşı ilə söhbətində Qəbələ rayon Əmirvan kəndinin şəhidi Fariz Rəhimovun atası Zahir Rəhimov deyib.
Şəhid atası Türkiyədə zəlzələdə əziyyət çəkən qardaşlarımıza dəstək üçün oğlunun rəsmi olan ərzaq bağlaması və yorğan döşək gətirib.
Yardımlarını rayon Qızıl Aypara cəmiyyətinə təqdim edən şəhid atası sözlərinə onu da əlavə edib ki, ərzaq bağlamasını açmağa ehtiyac yoxdur. Çünki bütün ərzaqlar təzədir və şəhid oğlumun adına layiq yığıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:50 / 09.02.2023
Atası ŞƏHİD OĞLUNUN adından Türkiyəyə yardım göndərdi - FOTO
Hazırda oxunan: Atası ŞƏHİD OĞLUNUN adından Türkiyəyə yardım göndərdi - FOTO
Hazırda oxunan: Atası ŞƏHİD OĞLUNUN adından Türkiyəyə yardım göndərdi - FOTO
119422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.