Şimal-Qərb bölgəsinə də qar yağıb – FOTO

Şimal-Qərb bölgəsinə də qar yağıb – FOTO

Hazırda oxunan: Şimal-Qərb bölgəsinə də qar yağıb – FOTO

119386

Ötən gündən başlayaraq ölkə ərazisində olduğu kimi Şimal-Qərb bölgəsində də havanın temperaturu kəskin aşağı düşüb. 

Bizim.Media-nın yerli bürosu Şəki regional hava məlumat mərkəzinə istinadən bildirir ki, bölgədə ən çox qar Böyük Qafqazın ətəklərində yerləşən Qaxın ucqar Sarıbaş kəndinin dağlarına düşüb. 

Dünən bu ərazilərdə qarın qalınlığı 30 -35, bu gün isə 40-45 sm təşkil edir.

Bununla yanaşı bölgənin yüksək dağlıq ərazilərində, o cümlədən Oğuzun Filfilli, Şəkinin Baş Daşağıl, Küncüt, Şin və Baş Göynük kəndlərinə 15-17 sm arasında qar yağıb. 

Bölgənin aran ərazilərində isə qarın qalınlığı 3-5 sm arasında dəyişir. Bəzi yerlərdə isə qar torpaq qatını qismən örtüb. Havanın temperaturu gecə dağlarda mənfi 3-5, aranda 1-2 dərəcə olub. Hazırda isə temperatur 1-3 dərəcə arasında dəyişir. 
Bölgə rayonlarında fəaliyyət göstərən fövqəladə hallar komissiyasından Bizim.Media-ya verilən məlumata əsasən yol və digər infrasturukturda heç bir problem qeydə alınmayıb.   


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO