Şamaxıda 4 otaqlı ev yandı – Sahibi xəstəxanaya yerləşdirildi - FOTO 

Şamaxıda 4 otaqlı ev yandı – Sahibi xəstəxanaya yerləşdirildi - FOTO 

Hazırda oxunan: Şamaxıda 4 otaqlı ev yandı – Sahibi xəstəxanaya yerləşdirildi - FOTO 

119286

Şamaxıda yanğın hadisə baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın hadisəsi rayonun 48-ci məhəlləsində rayon sakini Cəbiyeva Mahirə Oruc qızına məxsus ümumi sahəsi 90 kv. metr olan 4 otaqlı evdə qeydə alınıb. 

Hadisə yerinə FHN-nin Şamaxı rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 
Yanğın söndürülüb və ətraf əraziyə keçməsinin qarşısı alınıb. 

Qeyd edək ki,yanğın zamanı ev sahibəsi narahatçılıq keçirib və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

Fakt araşdırılır.  








Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO