Göyçayda 65 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

Göyçayda 65 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

Hazırda oxunan: Göyçayda 65 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

119255

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Göyçay şəhərinin Abdulla Farux küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Allahqulu oğlu yaşadığı evin pilləkənindən aşağı düşərkən ehtiyatsızlıq səbəbindən yıxılıb. Betonun üstünə düşən 65 yaşlı kişi başından ağır travma alıb.
O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO