Xaçmazlılar da Türkiyəyə yardım kampaniyasında səfərbər oldular – FOTO 

Xaçmazlılar da Türkiyəyə yardım kampaniyasında səfərbər oldular – FOTO 

Hazırda oxunan: Xaçmazlılar da Türkiyəyə yardım kampaniyasında səfərbər oldular – FOTO 

119219

“Xaçmazlılar da Türkiyədə baş vermiş zəlzələdən ziyan görmüş insanlara yardım üçün səfərbər olub”.

Bunu Bizim.Media-ya açıqlamasında Xaçmazda yaşayan tanınmış jurnalist Müqəddəs Mehdiyev deyib.

Onun sözlərinə görə, ötən gündən rayonun müxtəlif ünvanlarında, o cümlədən Xudat şəhərindəki ticarət mərkəzinin arxasında humanitar yardım kampaniyasına başlanılıb:

“Yardım kampaniyasına ürəklə qoşulan  şəhər sakinləri imkanları çatan dəstəklə yardım yığılan ünvana tələsirlər. Çox xoş haldır ki, yardım kampaniyasına rayon sakinləri mütəşəkkilliklə qoşulublar. Artıq səhər saatlarında Xaçmaz şəhərindən  zəruri əşyalar yüklənmiş bir yük maşını Türkiyəyə yola düşüb.

Bundan başqa, insanlar maddi dəstək kampaniyasına da həvəslə qoşulurlar. İmkanı olan rayon sakinləri bəyan edilmiş hesablara pul vəsaitləri də ödəyirlər. Hər kəs əlindən gələni edir. Hər kəs qəlbinin hərarəti ilə zəlzələ zonasındakı sakinləri isitmək istəyir”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO