Nazirliyin satışa çıxardığı mənzillər üçün 7 mindən çox müraciət OLDU

Nazirliyin satışa çıxardığı mənzillər üçün 7 mindən çox müraciət OLDU

Hazırda oxunan: Nazirliyin satışa çıxardığı mənzillər üçün 7 mindən çox müraciət OLDU

118949

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığı mənzillər üçün müraciət edənlərin sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Layihələr və Məhsulların İdarəedilməsi Departamentinin Biznes Analizi Şöbəsinin Baş Mütəxəsissi Şahin Məmmədzadə "Sosial saat"da deyib.

O bildirib ki, mənzillər üçün 7 mindən çox müraciət qəbul olunub:

"Bunlar içərisində bronu tamamlayanlar, sənədi qeydiyyata alıb brona göndərməyənlər, eyni zamanda sənədi qeydə alıb müraciətini ləğv edənlər var. İyulun 1-nə qədər müraciətlər qəbul olunacaq.
Bu müddətə qədər mənzillər tam satılacaqsa, proses dayandırılacaq. Əgər qalarsa, həmin tarixə qədər davam edəcək".

Qeyd edək ki, satışa 1662 mənzil çıxarılıb. Onlardan 1602-si ən azı bir nəfər tərəfindən bron edilib. Qalan mənzillər sadəcə Abşeron rayonu üzrədir. Digər ərazilərdəki mənzillərin hamısı bron edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO