Gəncədə Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir- FOTO

Gəncədə Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir- FOTO

Hazırda oxunan: Gəncədə Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir- FOTO

118907
Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində kənd təsərrüfatı və ərzaq məhsulları növbəti satış yarmarkası keçirilir.

Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof , müxtəlif çeşiddə yağlar, makaron və s. təqdim edirlər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev vurğulayıb ki, yarmarkanın təşkilində məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır: “Yarmarkada məhsullar alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz qiymətə satılır. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının mütəmadi təşkil olunması davam etdiriləcəkdir.”x9d

Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təqdim olunan məhsulların qiymət cədvəli:

Un (50 kq) 21 manat

Un (25 kq) 10 manat 50 qəpik

Un (10 kq) 4 manat

Un (5 kq) 2 manat

Mal əti (kq-la) 5 manat

Qoyun əti (kq-la) 6 manat

Yumurta (ədədlə) 10 qəpik

Toyuq (kq-la) 2 manat 25 qəpik

Kartof 60 qəpik

Soğan 54 qəpik

Makaron (5 kq) 3 manat 50 qəpik

Makaron (1 kq) 80 qəpik

Makaron (500 q) 45 qəpik

Kampot 1 manat 60 qəpik

Sultan düyüsü (1 kq)

Sultan düyüsü (2 kq) 2 manat 70 qəpik 5 manat 12 qəpik

Çinar qarğıdalı yağı 3 manat 3 qəpik

Final semiçka yağı 2 manat 70 qəpik

Berqa çayı (100 q) 1 manat 49 qəpik

Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən Səidə Rzayeva, Gülçöhrə Mahmudova, Ramal Həmişəyev və başqaları yarmarkanın təşkilindən, həmçinin qiymətlərin sərfəli olmasından razılıq bildiriblər. Sakinlər belə yarmarkaların təşkilinin davamlı olmasının tərəfdarıdırlar.

Qeyd edək ki, Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütəmadi təşkil olunur.
Gəncədə Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11223.jpg">Gəncədə Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11224.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO