Gəncədə piyadanın ölümünə səbəb olan sürücü SAXLANILDI 

Gəncədə piyadanın ölümünə səbəb olan sürücü SAXLANILDI 

Hazırda oxunan: Gəncədə piyadanın ölümünə səbəb olan sürücü SAXLANILDI 

118900

Gəncədə fevralın 5-də Şah İsmayıl Xətai prospektində yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu vurub hadisə yerində qaçan sürücü müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayının 5-də "VAZ 21011" markalı avtomobil ilə şəhər ərazisində piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan, şəhər sakini, 1994-cü il təvəllüdlü Aqil Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirlir.

Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO