Səyahətçilər Laçında yeni tikilən nümunəvi evlərdə oldular - FOTO

Səyahətçilər Laçında yeni tikilən nümunəvi evlərdə oldular - FOTO

Hazırda oxunan: Səyahətçilər Laçında yeni tikilən nümunəvi evlərdə oldular - FOTO

118559

Beynəlxalq səyahətçilər Laçında yeni tikilən nümunəvi evlərdə olublar.

Bizim.Media xəbər verir ki, onlara Laçında aparılan bərpa-quruculuq, yenidənqurma işləri barəasində məlumatlandırıblar.

Qeyd edək ki, bu gün geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun bu gün Laçın şəhərinə səfəri başlayıb. 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.
Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.

Qeyd edək ki, bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO