Şəmkirdə 2 uşaq anası Qənirə Zahid qızı Şərifovanın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məluma görə hadisə qadının ata evində baş verib.
Belə ki, qadın evdə olan zaman qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Zahid oğlu Şərifli ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman qardaş bacısına bir neçə bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Qeyd edilib ki, Ş.Şərifli də ailəlidir, bir övladı var.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
*** 19:34
Şəmkirdə ailə dramı baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində 1992-ci il təvəllüdlü Şaiq Şərifli bacısı, 1985-ci il təvəllüdlü Qənirə Şərifovanı bıçaqlayaraq qətlə yetirib.
Şaiq Şərifli Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi saxlanılıb.
Araşdırma aparılır.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:34 / 04.02.2023
Şəmkirdə qardaş bacısını qısqanclıq zəminində ÖLDÜRDÜ - YENİLƏNİB
Hazırda oxunan: Şəmkirdə qardaş bacısını qısqanclıq zəminində ÖLDÜRDÜ - YENİLƏNİB
Hazırda oxunan: Şəmkirdə qardaş bacısını qısqanclıq zəminində ÖLDÜRDÜ - YENİLƏNİB
118483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.