Rəsmilər Balakən sakinlərinin problemlərini dinlədilər - FOTO

Rəsmilər Balakən sakinlərinin problemlərini dinlədilər - FOTO

Hazırda oxunan: Rəsmilər Balakən sakinlərinin problemlərini dinlədilər - FOTO

118414

Rayonun ucqar Qaysa kəndində  rayon rəhbərliyi ilə görüşdə hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, Rayon icra hakimiyyətinin rəhbərliyi sakinlərlə görüşdə ötən il ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan danışıb, Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri  kənd sakinlərinin məşğulluğundan, qarşılaşdıqları problemlərdən danışıb.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.

Ramazan Umudov “Qaratala” oba adlanan ərazidə  yağış sularının kanala axıdılması üçün su keçidinin qoyulmasına, Ayşə Herayeva kəndə əlavə marşrut xəttinin açılmasına, Məhəmməd Nixaçov “Başrabqırma oba” adlanan ərazisində işıq dirəklərinin təmir olunmasına, Namiq Cirinqov isə Meşə Təsərrüfatı İdarəsinin istifadəsində olan torpaq sahələrinin sərhədlərinin müəyyən olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb.

Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO