Naxçıvanda milyonlarla manat yeyinti olan nazirlikdə yoxlamalar YENİDƏN BAŞLADI

Naxçıvanda milyonlarla manat yeyinti olan nazirlikdə yoxlamalar YENİDƏN BAŞLADI

Hazırda oxunan: Naxçıvanda milyonlarla manat yeyinti olan nazirlikdə yoxlamalar YENİDƏN BAŞLADI

118405

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən yenidən yoxlamalar keçirilir.

Nazirlikdə ötən il dekabr ayının 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən yoxlamaların keçirildiyini təsdiq ediblər.

Qeyd edək ki, Naxçıvan MR maliyyə naziri Rəfail Əliyev ötən il noyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O, Bakıya gətirilib, Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO