Son günlər Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun facebook səhifəsində yazdığı statuslar bəzi media orqanları tərəfindən ictimaiyyətə keçmiş müstəntiqin hakimiyyətə meydan oxuması, savaş açması kimi təqdim edilməkdədir. Bu məqalələrə seçilən başlıqlara nəzər salanda insanda bir anlıq belə təəssürat yaranır ki, Rüfət Səfərov ismi hansısa bir şəxsə deyil, bütöv bir təşkilat və ya dövlətə məxsusdur. Hansı ki, bu təşkilat və dövlət nəyin bahasına olursa-olsun hakimiyyəti bitirməyi qarşısına məqsəd qoyub.
İşin ən maraqlı tərəflərindən
biri isə bəzən bir statusun fərqli başlıq və sərlövhələrlə bir neçə dəfə gündəmə
daşınmasıdır. Halbuki, hansısa məsələyə aydınlıq gətirmək naminə yazılmış
statusların cəmiyyətə bu şəkildə çatdırılması, hər şeydən öncə media əxlaqı və
media peşəkarlığı baxımından mübahisə doğuracaq məsələdir.
Maraqlıdır, R.Səfərovun sosial şəbəkədəki açıqlamalarının
bu şəkildə təqdim edilməsinə onun özünün münasibəti necədir? R. Səfərovla bağlı
istintaq işinin aparıldığı, həbs təhlükəsinin davam etdiyi indiki həssas bir məqamda
onu hakimiyyətlə üz-üzə qoymaq, süni qarşıdurma yaratmaq kimə nə üçün lazımdır?
Bununla bağlı
Moderator.az-ın sualını cavablandıran R.Səfərov onun statuslarının bu şəkildə təqdimatının
onun özü üçün də anlaşılmaz olduğunu vurğulayıb:
“Bildiyiniz kimi,
istintaq altındayam. Qanunvericilik mənə danışmağı qadağan edir. Bununla bağlı
iltizam da vermişəm. Sadəcə, son dərəcə ehtiyac duydum ki, həbs olunduğum gün
baş verənlərə Facebook səhifəmdə aydınlıq gətirim. Məqsədim sadəcə ictimaiyyəti
məlumatlandırmaq olub. İndi eyni mətni növbəti dəfə tirajlayıb, inqilabi xarakterli
başlıqlarla verməyin mənasını başa düşmürəm”x9d.
Seymur Əliyev

























































































