Özünə sui-qəsd edən gənclə bağlı RƏSMİ AÇIQLAMA

Özünə sui-qəsd edən gənclə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Özünə sui-qəsd edən gənclə bağlı RƏSMİ AÇIQLAMA

11832

Xəbər verildiyi kimi, Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov özünə sui-qəsd edib. Gəncin hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.

Bizim.Media xəbər verir ki, yayılan məlumatlarda onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi və filialın TGT sədri olması qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağcabədidə Tələbə Gənclər Təşkilatının sədri intihar etdi - FOTO


Məsələ ilə bağlı mətbuata açıqlama verən ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun əməkdaşı Cavid Hüseynov qeyd edib ki, yayılan məlumatlar əsassızdır və gənc ADPU-nun Ağcabədi filialının yox, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi və həmin kollecin TGT sədri olub:

"Əlavə olaraq bildirək ki, hazırda ADPU-nun Ağcabədi filialının TGT sədri postu sabiq sədr Eltac Fərzəliyev 2020-ci ilin iyulunda təhsilini bitirərək həqiqi hərbi xidmətə yollanandan sonra hələ ki, boşdur". (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO