Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də İçərişəhərlə tanış olub.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qoşa Qala qapısı meydanı ilə tanışlıqdan başlayıb.
Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
İçərişəhərdə gəzinti zamanı Rumıniya Prezidenti isti təndir çörəyinə qonaq edilib. Sonra ali qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub.
İçərişəhərlə tanışlıq Rumıniya Prezidenti Klaus Yohannisdə xoş təəssürat yaradıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:25 / 03.02.2023
Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi - FOTO
Hazırda oxunan: Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi - FOTO
Hazırda oxunan: Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi - FOTO
118276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.