Evlərin sənədləşdirilməsinə mane olan SƏBƏB nədir? - Maraqlı FAKTLAR 

Evlərin sənədləşdirilməsinə mane olan SƏBƏB nədir? - Maraqlı FAKTLAR 

Hazırda oxunan: Evlərin sənədləşdirilməsinə mane olan SƏBƏB nədir? - Maraqlı FAKTLAR 

118262

Hazırda Abşeron yarımadasında yaşayan insanların bir qrupunun ən çox əziyyət çəkdiyi məsələlərdən biri də yaşadıqları evə Dövlət Reyestrindən çıxarış ala bilməmələridir. Hazırda Abşeron yarımadasında 500 mindən artıq mənzilin çıxarışı yoxdur.

Bu isə o deməkdir ki, ən azı 2 milyon insan Abşeron yarımadasında qeydiyyatsız yaşayır.

Halbuki, çıxarışı olmayan mənzillərə həm Azərişıq, həm Azəriqaz və Azərsu tərəfindən xidmət göstərilir. Hətta bu ərazilərdə təhsil, mədəniyyət və səhiyyə ocaqları var. Yəni faktiki olaraq sənədsiz dediyimiz əraziləri əksər dövlət qurumları tanıyır, orda yaşayan insanlarla əməkdaşlıq edir. Üstəlik, həmin evlərdə yaşayanlar nə vaxtsa bu və digər qurumdan hansısa sənəd alıb. 

Məhkəmələrə kim “dur” dedi?

Əvvəllər vətəndaşlar məhkəmə qaydası ilə evlərinə çıxarış ala bilirdi. Əgər vətəndaş 3 ildən artıq bir ünvanda yaşayırsa və davamlı olaraq kommunal xərcləri ödəyirsə o zaman məhkəmələr çox asanlıqla onun mülkiyyət hüququnu tanıya bilirdi. Lakin, hansısa gizli əl bu imkanı da vətəndaşların əlindən aldı. Artıq məhkəmələr belə iddiaları qəbul etmir.

Ölkə Başçısının imzaladağı fərman 8 ildir icrasını gözləyir

Nəhayət, Ölkə Başçısı məsələyə müdaxilə etdi. Azərbaycan Prezidenti 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu imzaladı. Lakin, prezidentin fərmanından 8 il vaxt ötməsinə baxmayaraq məsələ açıq qalıb. 

Məsələni daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevlə müzakirə etdik. Bizim.Media-ya o bildirdi ki, təkcə Abşeron yarımadasında 500 mindən artıq Dövlət Reyestrindən çıxarışı olmayan ev var:

“Bunların bir qisminin hansısa formada sənədi var. Zamanında bələdiyyələrin verdiyi qərarlar əsasında torpaq alanlar da bu kateqoriyadandır. Bağlar idarəsi kolxoz və sovxozların verdiyi sənədləri ilə də ev tikənlər olub. Yəni yarımmilyonluq mənzillərin sahiblərinin bu və digər sənədi var. Lakin onlara Dövlət Reyestrindən çıxarış verilmir. Onlara süni şəkildə maneələr yaradılır. 
Bundan başqa paytaxtın mərkəzində Alatava, Papanin, Montin, Keşlə və digər yaşayış massivləri var. Bu ərazidə yaşayanların əksəriyyətində çıxarış yoxdur. Halbuki, bu yaşayış massivlərinin 100 ildən artıq yaşı var”.

Ekspert çıxarışların verilməməsinin səbəblərindən biri kimi həmin torpaqların təyinatının fərqli olmasını dedi:

“Burda vətəndaşın da günahı yoxdur. Müvafiq qurumlar kənd təsərrüfatı və digər təyinatlı əraziləri vətəndaşlar mənzil tikintisi üçün satıblar. Vətəndaş da əlindəki sənədə əsasən ayrılmış yerdə ev tikib. Və onillərdir ki, orada yaşayır. Nəticədə, vətəndaş çıxarış almaq üçün gələndə ona deyilir ki, bu ərazinin təyinatı başqadır, Bura sənəd verə bilmərik. 

Doğrudur, bəzi inslanlar dəmir və avtomobi yollarının kənarında, yüksək gərginlikli elektrik xəttlərinin altında, su və neft magistrallarının üstündə ev tikib. Onlara çıxarışın verilməməsi doğrudur. Lakin digər ərazilərdə inşa edilmiş evlərə çıxarışın verilməməsi başa düşülən deyil”.

500 min ev sənədləşsə, dövlət nə qazanacaq?

Elnur Fərzəliyev bildirdi ki, əgər bu evlərə sənəd verilsə dövlət büdcəsinə kifayət qədər böyük vəsait cəlb edilə bilər:

1. Bələdiyyələr həmin evlərdən torpaq və əmlak vergisi ala bilər.

2. Həmin evlərin alqı-satqı prosesindən dövlətə kifayət qədər böyük ölçüdə vergi ödənilə bilər.

3. Həmin evlər sığortalana bilər. Amma sığortalana bilmir. Çünki, çıxarışı yoxdur.

4. Həmin evlər bank predmetinə çevrilə bilmir. Yenə çıxarışın olmaması problem yaradır. 

Bura daha çox səbəblər əlavə etmək olar ki, çıxarışın olmaması üzüdən dövlətin itirdiklərini daha ətraflı dərk edək. Hələ vətəndaşların itkilərini demirik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO