Azərbaycanda deputat 1000 dollarlıq maşın sürür...

Azərbaycanda deputat 1000 dollarlıq maşın sürür...

Hazırda oxunan: Azərbaycanda deputat 1000 dollarlıq maşın sürür...

118246
Hazırda “Hyundai”x9d markalı maşın sürürəm, 1000 dollar təklif edən olsa, sataram.

Moderator.az xəbər verir ki, bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.xa0

O, bildirib ki, hazırda yalnız komitə sədrlərinin xidməti avtomobilləri mövcuddur. Qalanları isə şəxsi avtomobilindən istifadə edir:

“Hazırda istifadə etdiyim avtomobil 2002-ci il istehsalı olan “Hyundai”x9ddır. 1000 dollar təklif edən olsa, həmin maşını sataram. Mən heç vaxt bahalı avtomobildə gəzmək marağında olmamışam. Nəzərinizə çatdırıram ki, millət vəkillərinin xidməti avtomobili olmur.xa0

Yalnız komitə sədrlərinə xidməti avtomobil verilir. Millət vəkillərinin şəxsi avtomobili olur. Cənab prezidentin verdiyi tapşırıqlar başqa cür yozulmamalıdır.

O, israfçılığın qarşısını almaq istəyir. Buna görə də belə bir təklif irəli sürdü ki, məmurlar qiyməti daha ucuz olan və Azərbaycanın istehsal etdiyi avtomobillərə üstünlük versinlər”x9d.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”x9dnın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan”x9d avtomobilini sürməyi tövsiyə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO