Ötən ay uşaqlara ən çox Uğur və Zəhra adı VERİLİB

Ötən ay uşaqlara ən çox Uğur və Zəhra adı VERİLİB

Hazırda oxunan: Ötən ay uşaqlara ən çox Uğur və Zəhra adı VERİLİB

118220

Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bizim.Media cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir:

Belə ki, bu ilin ilk ayı ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Yusifdir. Bu ad 68 uşağa qoyulub.

Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 66 uşağa Uğur, 65 uşağa Əli, 44 uşağa Hüseyn, 40 uşağa Ömər, 38 uşağa Məhəmməd, 35 uşağa Raul, 34 uşağa Murad, 30 uşağa Adəm və 26 uşağa isə Ayxan adı verilib.
Həmçinin bu il ərzində qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu ad 71 uşağa qoyulub.

Bundan əlavə, 43 uşağa Zeynəb, 42 uşağa Mələk, 41 uşağa Nilay, 37 uşağa Məryəm, 37 uşağa İnci, 35 uşağa Aylin, 33 uşağa Ayla, 30 uşağa Fatimə, 27 uşağa isə Melisa adı verilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO