Bərdədə baş verən qəzada ölənlərin kimliyi MƏLUM OLDU - FOTO/VİDEO- YENİLƏNİB 

Bərdədə baş verən qəzada ölənlərin kimliyi MƏLUM OLDU - FOTO/VİDEO- YENİLƏNİB 

Hazırda oxunan: Bərdədə baş verən qəzada ölənlərin kimliyi MƏLUM OLDU - FOTO/VİDEO- YENİLƏNİB 

118113

Bərdə rayonunun Kətəlparaq kəndi ərazisində baş verən qəzada həlak olanların kimliyi məlum olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəzada 5 nəfər həlak olub: 

Quliyev Ceyhun Arif oğlu (1988);  

Baxşəliyev İlkin Məhərrəm oğlu (1995);  

Kərəmova Xalidə İsa qızı (1972);  

Baxşəliyev Məhərrəm Nüsrət oğlu (1968);  

Baxşaliyeva Məfdunə Məhərrəm qızı (1998). 

Qeyd edək ki, qəza "VAZ 2121" ("Niva") markalı 90-EA-774 dövlət qeydiyyat nişanlı avtomobillə 34-BG-302 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

21.28

Bərdədə baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qəzada həlak olanlardan birinin kimliyi məlum olub.  

Onun ANAMA əməkdaşı Ceyhun Arif oğlu Quliyev olduğu deyilir. 

Qeyd edək ki, mərhum minatəmizləyən vəzifəsində işləyirmiş.

19.19

Bərdə rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndi ərazisində qeydə alınıb. 

İlkin məlumata görə qəza zamanı 4 nəfər ölüb, yaralılar var.   

Faktla bağlı araşdırma aparılır. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO