Gənclər paytaxtının simvolik açarı Mingəçevir şəhərinə təqdim edilib – FOTO 

Gənclər paytaxtının simvolik açarı Mingəçevir şəhərinə təqdim edilib – FOTO 

Hazırda oxunan: Gənclər paytaxtının simvolik açarı Mingəçevir şəhərinə təqdim edilib – FOTO 

118039

Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Tədbirdə çıxış edən parlament sədrinin birinci müavini Ə.Hüseynli "Heydər Əliyev ili"ndə Mingəçevirin Gənclər Paytaxtı seçilməsinin əlamətdar hadisə olduğunu qeyd edərək bildirib ki, mingəçevirlilərin üzərinə böyük məsuliyyət düşür. 
Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov isə bildirib ki, müstəqil Azərbaycanın gənclər siyasətinin çox zəngin bir tarixcəsi vardır. Bu tarixcə 1993-cü ildən başlayır. MDB məkanında Gənclər Günü ilk dəfə Azərbaycanda təsis olunub”. 

Daha sonra Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunan "İlin gənci" nominasiyasına layiq görülən gənclər təltif olunublar.

Sonda Gənclər Paytaxtının simvolik açarı Mingəçevir şəhərinə təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO