Polis Gəncədə əməliyyat keçirdi – Tutulan var - FOTO

Polis Gəncədə əməliyyat keçirdi – Tutulan var - FOTO

Hazırda oxunan: Polis Gəncədə əməliyyat keçirdi – Tutulan var - FOTO

118016

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş küllü miqdarda narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, araşdırmalar zamanı müəyyən edilib ki, Sumqayıt şəhər sakini Ramil Əliyev sosisal şəbəkələr üzərindən İran vətəndaşından Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni 6000 manat qarşılığında Bakı şəhərinə gətirməyə razılaşıb.

Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 9 kq 507 qram narkotik maddə olan “heroin” və 30 ədəd “metadon” həbi aşkarlanarq götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO