Buraxılış imtahanlarını kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq – RƏSMİ 

Buraxılış imtahanlarını kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq – RƏSMİ 

Hazırda oxunan: Buraxılış imtahanlarını kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq – RƏSMİ 

118009

“Bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Məleykə Abbaszadə bu sistemi yavaş-yavaş digər imtahanlara da aid etmək istədiklərini deyib:

"Siz bilirsiniz ki, bizdə müəyyən imtahanlar kompüter əsasında aparılır. Amma dediyim kimi, ilin sonuna doğru bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq. Bundan sonra ardıcıllıqla digər kütləvi imtahanları da kompüter əsasında keçirəcəyik. Buraxılış imtahanları isə çox kütləvi imtahandır. Burada 130 mindən çox abituriyent iştirak edir, ona görə o imtahanları kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO