Bakıda iki sərnişin avtobusu QƏZA TÖRƏTDİ

Bakıda iki sərnişin avtobusu QƏZA TÖRƏTDİ

Hazırda oxunan: Bakıda iki sərnişin avtobusu QƏZA TÖRƏTDİ

117967

Bakıda səhər saatlarında 46 və 36 saylı marşrut avtobusları qəza törədib.

Bizim.Media xəbər verir ki hadisə Xətai rayonu Fəhlə prospektində baş verib. İlkin ehtimallara görə ciddi xəsarət alan və ölən yoxdur.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Hazırda qəza səbəbindən prospektdə uzun tıxac yaranıb. Hər iki avtobusdan sərnişinlər düşürülüb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bizim.Media-ya bildirib ki, "Vətən.Az" Trans MMC-nin müvəqqəti istismarında olan 46 nömrəli müntəzəm marşrut xəttində hərəkət edən 90-HS-692 (28020) 8 Noyabr prospektində "Mercedes (99-GA-075)" markalı minik avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Daşıyıcının bildirdiyinə görə, qəza zamanı xəsarət alan yoxdur. Daşıyıcı izahat alınması üçün Agentliyə çağırılıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO