Ağdaşda 15 sürücü SAXLANILDI 

Ağdaşda 15 sürücü SAXLANILDI 

Hazırda oxunan: Ağdaşda 15 sürücü SAXLANILDI 

117915

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ötən ay ərzində bu istiqamətdə keçirilən tədbirlərlə narkotikin təsiri altında nəqliyyat vasitəsi idarə edən 15 sürücü saxlanılıb. 

Araşdırma zamanı onlardan bəzilərinin sürücülük hüququ olmadığı da məlum olub. 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO