İki uşağa qarşı seksual hərəkət edənlər 10 il azadlıqdan məhrum ediləcək

İki uşağa qarşı seksual hərəkət edənlər 10 il azadlıqdan məhrum ediləcək

Hazırda oxunan: İki uşağa qarşı seksual hərəkət edənlər 10 il azadlıqdan məhrum ediləcək

117910

Cinayət Məcəlləsinin 152-ci maddəsinin dispozisiyası dəyişib.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.

Qanuna əsasən, bu halda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də tətbiq olunacaq.
Başqa sözlə, 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanuna görə, eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə iki və ya daha çox şəxsə qarşı törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO