Zaqatalanın iki ən böyük kəndləri olan Yuxarı Tala və Aşağı Talanın sakinləri uzun illərdir ki, içməli suyun olmamasına görə əziyyət çəkirlər.
Bizim.Media olaraq biz də vəziyyətlə yerində tanış olmaq üçün üz tutduq Zaqatalaya.
Ayağımızı kəndə basar-basmaz vəziyyətə göz şahidliyi edirik. Bütün qapılarda düzülmüş su bidonları, çənləri mənzərəni aydınlaşdırır.
Sakinlər deyir ki, hər ii kəndə xidmət edən stismar müddəti çoxdan başa çatmış su xəttlərini sel sıradan çıxarıb. Çünki sakinlərin içməlu su mənbəyi Talaçay vasitəsil ilə ödənilir. Yaz və payız aylarında Talaçayda daşqınlar baş verərkən xətlər dağlır, su çirklənir.
Bu səbəbdən sakinlər suyu ya nəqliyyat vasitəsi ilə uzaq məsafələrdən daşımağa, ya da almağa məcbur olur.
Kənd sakini Tahir Mehtiyev deyir ki, işimiz ancaq su daşımaqdan ibarətdir:
“Hər evdə görürsüz qoşqu var. Susuz neyləmək olar, o da ola kənd yeri. Müraciət etmədiyimiz yer qalmayıb, baxan yoxdur”.
Digər sakin Abidət Əmirova isə bildirir ki, qış-yaz fərqi yoxdur, iki ildir susuzluqdan əziyyət çəkirlər, amma kimin bu problemi həll etməsini də bilmirlər:
“Hamı bir-birinə ötürür. Bu yollarda ancaq su maşınları şütüyür. Həftə ərzində biz heç olmasa biz 20-25 manat suya pul veririk. Biz hələ balaca ailəyik, böyük ailələr var, mal-qarası, heyvanı, toyuğu olan ailələr var. Biz bu qədər bir ayda pul veririksə görün ümumi böyük ailələr nə əziyyət çəkirlər?”.
Aşağı Tala bələdiyyəsindən Bizim.Media-ya bildiriblər ki, son 3-4 ildə su xəttlərini öz hesablarına təmir etsələr də işlərin effekti olmayıb.
Belə ki, həmin su xəttinin və su filtirlərinin yenidən qurulmasına ehtiyac var. Su mənbəyindən Aşağı Tala kəndinə qədər olan məsafə 6-7 km təşkil edir. Həmin məsafədə olan su xəttləri də çürüyüb, bəziləri isə tamamilə sıradan çıxıb. Kənddə 7 su artezian quyusu fəaliyyət göstərir ki, bu əhalinin 15-20 faiz təminatını ancaq ödəyə bilər.
Yuxarı Tala bələdiyyə sədri Eldar Qanzayev də mövcud problemin bələdiyyələrin gücündə olmadığını bildirib:
“Yuxarı Tala və Aşağı Tala kəndlərini işməli su təmin eləyən vahid bir xətt var. Bu xətlər ötən əsrin 60-70 ci illərində inşa olunub. Və hazırda istismar müddətini başa vurub. 2021-ci ildə sellər iki Tala kəndlərinin su xətlərini Talaçayın mənbəyində yerləşən kilometr yarım hissəsini aparıb. İndi 18 min əhali susuzluqdan əziyyət çəkir. Belə yükü qaldırmaq bələdiyyənin imkanları xaricindədir”.
Belə olan halətdə problemlə bağlı "Azərsu" ASC-yə müraciət etdik. Səhimdar Cəmiyyətdən isə bildirdilər ki, həmin kəndlərin su xəttləri bələdiyyə balansında olduğundan adıçəkilən kəndlərə onlar deyil, bələdiyyələr xidmət göstərir.
Lakin gələcəkdə kəndlərin su problemləri ilə bağlı həll planları düşünülür. Bu da dövlət investisiya layihəsi yaxud regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində reallaşdırılacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 01.02.2023
Zaqatalada 18 min əhalisi olan iki kənd 2 ildir susuz qalıb - REPORTAJ
Hazırda oxunan: Zaqatalada 18 min əhalisi olan iki kənd 2 ildir susuz qalıb - REPORTAJ
Hazırda oxunan: Zaqatalada 18 min əhalisi olan iki kənd 2 ildir susuz qalıb - REPORTAJ
117892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.