İcbari tibbi sığorta ilə bağlı güzəştin müddəti uzadıldı

İcbari tibbi sığorta ilə bağlı güzəştin müddəti uzadıldı

Hazırda oxunan: İcbari tibbi sığorta ilə bağlı güzəştin müddəti uzadıldı

117833

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləği gələn il yanvarın 1-dən ödəniləcək.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.  

Qanun layihəsi bir oxunuşda qəbul edilib.  

Qeyd edək ki, İndiyə qədər qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği 2023-cü il yanvarın 1-dən ödənilməli idi.  

Məlumat üçün bildirək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO