Azərbaycanlı jurnalistlər Türkiyədə - pandemiya dövründə turizmi çözdülər - FOTO

Azərbaycanlı jurnalistlər Türkiyədə - pandemiya dövründə turizmi çözdülər - FOTO

Hazırda oxunan: Azərbaycanlı jurnalistlər Türkiyədə - pandemiya dövründə turizmi çözdülər - FOTO

11783

“Türkiyə 2020-ci ildə 16 milyon turist qəbul edib. Turist sayı ondan əvvəlki illə müqayisədə 65 faiz azalıb və  bir il ərzində turizm gəlirləri 12,1 milyard dollar olub”.

Bu barədə Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin meneceri Mehmethan Kelkit Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə pandemiya dövründə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin birgə proqramı çərçivəsində yerli və əcnəbi turistlərə sağlam turizm xidməti göstərilir:

 

“Agentliyin yaradılmasında məqsəd ölkəmizi kənarda tanıtmaqdır. Əslində turizmin inkişafı üçün müxtəlif hədəf proqramlarımız olurdu. Pandemiya dövründə xarici qonaqlarımıza təhlükəsiz və sağlam turizm xidməti göstərilməsini daha da genişləndirdik.


Turizm mərkəzlərimizin sayını artırmaqla, hədəf bazarlarımızı daha faydalı vəziyyətə gətirməyə çalışırıq. Ən vacibi epidemioloji durumun ağır olduğu bir vaxtda Türkiyə turizminin xarici qonaqlara açıq olması, qorunma tədbirlərinin güclü və təhlüksiz qaydada həyata keçirilməsi, insanların sağlamlığının təminatı üçün lazımi tədbirlərin görülməsidir”.

Agentlik rəsmisi Türkiyə koronavirus pandemiyası və virusun mutasiyaya uğramış növünün yayılması dönəmində turistlərin ən çox üz tutduğu ölkələr sırasında yer aldığını bildirib:

 

“Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında dünyanın ilk nümunələrindən biri olan "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı" həyata keçirilir ki, əməkdaşlığa Səhiyyə, Nəqliyyat, Daxili İşlər və Xarici İşlər nazirlikləri qatılıb. Bu qurumlar birgə əməkdaşlıq şəraitində xarici qonaqlara təhlükəsiz və sağlam turizm paketləri təqdim edir.


Azərbaycanlı jurnalistlərin pandemiyada əyani olaraq turizm xidmətimizə şahid olmaları sevindirici haldır”.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyədə səfərdədir.

Bir həftəlik səfər proqramı ilk olaraq İstanbul şəhərindən başlayıb. Proqram çərçivəsində jurnalistlər Türkiyənin paytaxtı Ankara və ölkənin modern şəhəri olan İzmiri ziyarət edəcəklər.

Alçina Amilqızı, Bizim.Media 

Türkiyə, İstanbul şəhərindən.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO