Uşaqlarınızla evdə oynaya biləcəyiniz faydalı oyunlar

Uşaqlarınızla evdə oynaya biləcəyiniz faydalı oyunlar

Hazırda oxunan: Uşaqlarınızla evdə oynaya biləcəyiniz faydalı oyunlar

11780

Məlumdur ki, son vaxtlar evlərimizdə çox vaxt keçiririk. Ancaq bu hal biz böyüklərdən çox uşaqlar üçün olduqca darıxdırıcı keçir. Bəs onlar üçün bu vəziyyəti necə  əyləncəli etmək olar

Bizim.Media uşaqlarınız üçün həm əyləncəli, həm də onların fərdi inkişafına təsir edəcək oyunların siyahısını hazırlayıb:

Xəyali oyunlar uşaqların beyin inkişafı və sosial inkişafı üçün əla bir vasitə ola bilər. Uşağın sosial və dil bacarıqlarına kömək edə bilər, təsəvvürlərini inkişaf etdirə və həyat haqqında məlumatlarını çoxalda bilər.

Həkim rolu uşaqlarımızın həzz ala biləcəyi oyunlardan biridir.

Bu oyun yaradıcılıq və təxəyyülün, özünə inamın, empatiyanın, düşünmə qabiliyyətinin, dil və ünsiyyətin inkişafında faydalıdır.

Təxmin etmək- Bu oyunun övladlarınız üçün əhəmiyyətli bir bilgi üstünlüyü var. Uşaqlara rəngləri necə ayırmağı öyrədə bilərsiniz. Üz xüsusiyyətləri kimi təsviri məlumatları öyrədə və məntiqi düşünmə qabiliyyətlərini inkişaf etdirə bilərsiniz.

Şahmat oyunu - Çox faydalı bir oyundur. Əlbətdə strategiya, problem həll edə bilən və tənqidi düşüncə lazımdır. Bu mövzuda hər yaşa uyğun kitablar da var. Uşaqlarınızın oxumağı üçün onları bu kitablarla təmin edə bilərsiniz.

“Söz qurma” oyunu – Bu oyunu uşağınızla onlayn oynaya da  bilərsiniz. Uşaqların lüğət ehtiyatlarını zənginləşdirir, yaddaşlarını yaxşılaşdırır. Şifahi qərarlar qəbul edərkən daha təsirli olur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO