Şəkinin Kiçik Dəhnə kəndi genişzolaqlı internetlə təmin olunub - FOTO

Şəkinin Kiçik Dəhnə kəndi genişzolaqlı internetlə təmin olunub - FOTO

Hazırda oxunan: Şəkinin Kiçik Dəhnə kəndi genişzolaqlı internetlə təmin olunub - FOTO

117616

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Şəkinin Kiçik Dəhnə kəndində GPON texnologiyası əsasında genişzolaqlı xidmətlər təqdim etməyə başlayıb.

Bizim.Media-ya bu barədə MMC-nin mətbuat katibi Alidə Mustafayeva məlumat verib. 

Onun sözlərinə görə, yaşayış məntəqəsində “Aztelekom”un yeni texnologiyaların tətbiq olunması ilə şəbəkələrin genişləndirilməsi layihəsinin icrasına 2021-ci ilin oktyabrında başlanılıb.
Kənddaxili şəbəkədəki bütün köhnəlmiş rabitə dirəkləri yeniləri ilə əvəz edilib, fiziki kabellərin əvəzinə fiber-optik kabellər çəkilib.

Texniki imkanları məhdud olan TDM stansiyasının yerinə 6144 montaj tutumlu IP multimedia sistemli Optik Xətt Terminalı (OLT) istismara verilib.

Kiçik Dəhnə kəndinin bütün məhəllə və küçələrinə fiber-optik kabel şəbəkəsi çəkilib, evlərin yaxınlığında texniki normalara uyğun məsafədə optik paylayıcı qutular quraşdırılıb.

Rəsmi statistikaya əsasən, Kiçik Dəhnə kəndində 2800 ev təsərrüfatı var. 2022-ci ilin sentyabr-dekabr aylarındə mövcud TDM stansiyasının 869 abunəçisi OLT stansiyasına miqrasiya olunub, 450 sakinin mənzilinə yeni telefon və internet xətti çəkilib.
Hazırda kənddə 1319 GPON istifadəçisi var. Kiçik Dəhnə kəndindəki hər bir ev təsərrüfatının müqavilə əsasında GPON şəbəkəsinə qoşulması üçün texniki imkanlar mövcuddur.

Qeyd edək ki, yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO