Yardımlıda qonşusunun evindən oğurluq edən şəxs SAXLANILDI - FOTO 

Yardımlıda qonşusunun evindən oğurluq edən şəxs SAXLANILDI - FOTO 

Hazırda oxunan: Yardımlıda qonşusunun evindən oğurluq edən şəxs SAXLANILDI - FOTO 

117488

Yardımlı rayonunda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, Yardımlı rayonu ərazisindəki evlərdən birindən 1159 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini D.Kazımov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun gecə saatlarında, sahibinin evdə olmamasından istifadə edərək həmin evə daxil olduğu və oğurladığı məişət əşyalarını Bakı şəhəri ərazisinə apararaq orada satdığı müəyyən edilib.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO