Donu 6 aydan sonra açılan Gur-Gur şəlaləsi... - FOTO  

Donu 6 aydan sonra açılan Gur-Gur şəlaləsi... - FOTO  

Hazırda oxunan: Donu 6 aydan sonra açılan Gur-Gur şəlaləsi... - FOTO  

117127

Qubanın ucqar dağ kəndi Qrız dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşir. Bu kənd ekoturizm həvəskarlarının qış-yay baş çəkib, təbiətin gözəl peyzajından zövq aldığı məkanlarla zəngindir. Gur-Gur şəlaləsi də belə maraqlı təbiət abidələrindən biridir.  

Qrız sakinlərinin Bizim.Media-ya verdiyi məlumata görə, turistlər Qrız kəndinə avtomobillə gəlirlər, Gur-gur şəlaləsinin yanına isə piyada gedirlər.

Gur-Gur şəlaləsi turistlərin məhz qartal qayaların-mağaranın içində yerləşməsi ilə diqqətini çəkir. Mağaranın ortasında yerləşən bu orijinal təbiət incisi əsasən, payız başlayanda donur, buz qatı 6 aydan sonra - aprel ayında açılır. 

Uzunluğu 6 metr olan Gur-Gurun ətrafı yay aylarında da ekoturizm həvəskarları ilə dolu olur.

Hazırda Qrız kəndində qar olmasa da, şaxtalı hava hökm sürür. Xınalıq kimi Qrız sakinləri bu qış qar görməsələr də, təbiətin mart -aprel ayında onlara qarlı günlər göstərəcəyi gözləniləndir.

Hələlik isə şaxtalı hava Gur-Gur şəlaləsinin buz qatını bir az da artırır.  

Qeyd edək ki,bu gün səhər Qrız kəndində -9 dərəcə şaxta qeydə alınıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO