Ötən il korrupsiyaya yol vermiş 45 şəxs cinayət başında tutulub

Ötən il korrupsiyaya yol vermiş 45 şəxs cinayət başında tutulub

Hazırda oxunan: Ötən il korrupsiyaya yol vermiş 45 şəxs cinayət başında tutulub

116923

2022-ci ildə korrupsiya hüquqpozmalarına yol vermiş 45 şəxs cinayət başında yaxalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə bu gün Baş Prokurorluğun geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı 341 cinayət işi başlanıb, 274 şəxs barəsində 209 iş üzrə icraat tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 27 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onun rəhbərləri məhkəmə məsuliyyətinə verilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş 37 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 45 şəxs cinayət başında yaxalanıb, habelə 12 nəfər axtarışda olan şəxs tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO