Dörd aydan çoxdur komada olan qazimiz şəhid oldu - FOTO

Dörd aydan çoxdur komada olan qazimiz şəhid oldu - FOTO

Hazırda oxunan: Dörd aydan çoxdur komada olan qazimiz şəhid oldu - FOTO

11685

Vətən Müharibəsində yaralanan və dörd aydan çox komada qalan İsmayılzadə Tacəddin Vüqar oğlu şəhidlik zirvəsinə ucalıb.

Bizim.Media xəbər verir ki, o, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

 

MÖVZU İLƏ BAĞLI:

“Oğlum 126 gündür komadadır, hisslərimizlə oynamasınlar” - FOTO


Şəhidimiz sabah saat 14:00-da Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub.

Vətən Müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb. 

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO