Siyasi partiyaların maliyyə hesabatının forması və qaydası HAZIRLANACAQ

Siyasi partiyaların maliyyə hesabatının forması və qaydası HAZIRLANACAQ

Hazırda oxunan: Siyasi partiyaların maliyyə hesabatının forması və qaydası HAZIRLANACAQ

116842

Siyasi partiyaların maliyyə hesabatının forması və qaydası hazırlanacaq.

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmaqla, siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin Qanunda nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyinə Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmaqla, siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO