2015-ci ildə komitə tərəfindən həyata keçirilmiş uğurlu fəaliyyət bu il də davam etdirilməli və fəaliyyət sahələri üzrə komleks inkişaf təmin edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin dövlət büdcəsi ilə bağlı tapşırıq və tövsiyələrinə əsasən maliyyə intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməsi, büdcə və büdcədən kənar vəsaitlərindən qənaətlə istifadə olunması diqqətdə saxlanılmalı və bu istiqamətdə effektiv tədbirlər görülməlidir.xa0
Moderator.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 2015-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirib.xa0
Komitə sədri cari il üçün nəzərdə tutulan tapşırıqlarını verib:
“Müasir dövrün tələblərinə uyğun olaraq ölkə büdcəsinin özəlləşdirmədən daxil olan vəsaitlərin hesabına artırılması məqsədilə yeni sahələrin özəlləşdirilməyə açılması ilə bağlı təhlillər aparılmalı və təkliflər hazırlanmalıdır. Özəlləşdirmə potensialı və bu sahədə optimallıq və şəffaflıq daha da artırılmalıdır.xa0
Daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyi sahəsində xidmət səviyyəsinin yüksəldilməsi, xidmətlərdə vətəndaş amilinin maksimum önə çəkilməsi təmin edilməlidir. Rahatlıq və əlçatanlığın təmin olunması istiqamətində görülən tədbirlər daha sürətli və effektiv şəkildə həyata keçirilməlidir. Vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarının gözlənilməsi, xidmət mədəniyyətinin yüksəldilməsi, şəhər və regional idarələrdə vətəndaşların xidmətlərdən razılığı tam təmin olunmalıdır.
Dövlət əmlakının səmərəli idarə olunması, özəlləşdirilməsi və icarəsi prosesi daha da sürətləndirilməli, daxil olan vəsaitlər üzrə 2016-cı il üçün Proqnoz Tapşırıqlarının tam və vaxtında icrası təmin edilməlidir.xa0
İşçilərin əmək potensialının və resursların düzgün bölüşdürülməli, komitənin və onun tabeli qurumlarının işçilərinin əmək məhsuldarlığının qiymətləndirilməlidir. İş keyfiyyəti yüksəldilməli və iş prosesində məhsuldarlığı ilə fərqlənən işçilər stimullaşdırılmalıdır.xa0
Torpaqların elektron uçotu informasiya sisteminin yaradılması üzrə aparılan işlər sürətləndirilməli, bütün kateqoriyalı torpaqların xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində tədbirlər fəal davam etdirilməlidir. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər daha da gücləndirilməlidir.
Daşınmaz əmlakın və torpaqların kadastr uçotuna alınması, daşınmaz əmlakların mükəmməl kadastr məlumat bazasının təkmilləşdirilməsi, ünvan reyestri informasiya sisteminin ölkə üzrə tam fəaliyyət göstərməsi ilə bağlı tədbirlər daha da sürətləndirilməlidir”x9d.































































































