Bakı şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər ərazidə yaşayan sakinlər tərəfindən çəkilib.
Qəzanın Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində baş verdiyi deyilir. Hadisə yerində zədələnmiş iki minik avtomobili görünür.
Sakinlərin sözlərinə görə, bir kişi yerdə uzanıqlı vəziyyətdə qalıb, bir qız isə başından zədə alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım maşıını gəlib. Xəsarət alan yaşlı kişi Təcili Tibbi Yardım maşınına mindirilərək xəstəxanaya aparılır.
Bizim.Media