Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün “Silahlı münaqişələrdə medianın rolu” mövzusunda seminar təşkil olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ali Hərbi Məktəbə qəbul olmaq istəyənlərin nəzərinə
Məlumata görə, seminarda peşəkar jurnalistlər silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri mövzularında mühazirələr oxuyublar.
Kursantlara döyüş əməliyyatları zamanı mediadan yararlanmağın, məlumatı auditoriyaya çatdırmağın alternativ variantları açıqlanıb, bu istiqamətdə KİV nümayəndələri ilə iş üsulları haqqında məlumat verilib, eləcə də medianın resursları, onların üstün və zəif cəhətləri təhlil edilib.
Seminar panel müzakirələrlə yekunlaşıb.
Bizim.Media