Azərbaycanda 1100 yaşı olan MƏHƏK DAŞLARI harada saxlanılır? - ARAŞDIRMA 

Azərbaycanda 1100 yaşı olan MƏHƏK DAŞLARI harada saxlanılır? - ARAŞDIRMA 

Hazırda oxunan: Azərbaycanda 1100 yaşı olan MƏHƏK DAŞLARI harada saxlanılır? - ARAŞDIRMA 

116632

Yəqin ki, çoxumuz heç məhək daşının nə olduğunu bilmirik. Xüsusilə gənc nəsil belə bir anlayışın işlənmədiyi bir dönəmdə formalaşıb. 

Amma XX əsrin əvvəllərinədək qızılın saxta olub olmadığını aylrd eləmək üçün məhək daşından istifadə edilib. Saflığın dərəcəsini ölçən bu daş ədəbiyyatımızda da insani keyfiyyətin göstəricisi kimi obraz alıb.

İndi Azərbaycanda bu daşla rastlaşmaq mümkün deyil. Texnoloji inkişaf bu daşı da bəşəriyyətin arxivinə yollayıb.

Bu daşı görmək istəyənlər yeganə olaraq Şabran Tarix-Diyarşünaslıq muzeyinə üz tuta bilərlər. 

Bu barədə muzeyin direktoru Bəsti Məmmədova Bizim.Media-ya məlumat verib. Onun sözlərinə görə, Şabran muzeyində 10-cu əsrə aid məhək daşları nümayiş etdirilir:

"Bu daşlar 1980-1993-cü illərdə "Şabran şəhəri" tarixi qoruğunda mərhum tarixçi alim Rəşid Göyüşovun rəhbərliyi altında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Məhək daşlarının qədim Şabran şəhərinin ərazisində tapılması onu göstərir ki, bölgəmizdə həmin dövrdə zərgərlik yaxşı inkişaf edib, hətta şəhər ticarət yollarının üstündə yerləşdiyindən məhək daşının digər dövlətlərə də ixrac olunduğu barədə məlumatlar var”.

Məhək daşı, qeyd edək ki, parıldayan, qiymətli hesab edilən əşyaların, xüsusən həqiqi olmasını aşkar edən maddədir. Şabran Tarix-Diyarşünaslıq muzeyinin direktoru Bəsti Məmmədova qiymətli əşyaların yoxlama prosesinin isə çox sadə olduğunu deyir:

"Əvvəlcə qızıl məhək daşının üzərinə sürtülür. Daşın üzərində cızıqlar yaranır. Həmin cızıqlar əllə silindikdə qalırsa,deməli,qızıl əsl qızıldır. Maraqlısı odur ki, başqa sərt metallarla məhək daşının üzırində   cızıqlar çəkiləndə,dərhal cızıqlar pozulur, yalnız qızılın üzərində cızıqlar qalır".

Şabran muzeyinin direktoru bildirir ki, ötən əsrin əvvəllərinədək məhək daşından qızılın həqiqiliyini öyrənmək üçün istifadə edilib. Amma, getdikcə daha mütərəqqi üsul və yeniliklər ortaya çıxdığı üçün bu qədim üsul da unudulub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO