Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun daha bir yaxın qohumu Daxili İşlər Nazirliyindəki vəzifəsini itirib.
Bizim.Media xəbər verir ki, Əli Həsənovun DİN Baş Mühafizə İdarəsi Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin bölük komandiri vəzifəsində çalışan bacısı oğlu Məmmədov Siyamək Dilavər oğlu işində yol verdiyi QÜSURLARA görə tutduğu vəzifədən azad edilib.
MÖVZU İLƏ BAĞLI:
Əli Həsənovun DİN-də çalışan qaynı işdən çıxarıldı
Xatırladaq ki, bundan öncə isə Əli Həsənovun qaynı, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev də vəzifəsindən uzaqlaşdırılmışdı. (Sfera.az)
Bizim.Media