Cənub bölgəsində sığorta ilə bağlı müraciətlər ARTIB 

Cənub bölgəsində sığorta ilə bağlı müraciətlər ARTIB 

Hazırda oxunan: Cənub bölgəsində sığorta ilə bağlı müraciətlər ARTIB 

116584

"İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı xəstəxanaya müraciətlərin sayı kəskin çoxalıb". 

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün möhkəm maddi-texniki bazanın mövcudluğu və müxtəlif ixtisaslı həkim kadrlarının təminatı vacib amillərdəndir: 

“Cəlilabad rayonunda icbari tibbi sığortanın tətbiqinə 2021-ci ildən başlanılıb. 2020-ci il koronavirus pandemiyasına təsadüf etdiyindən müqayisəni 2021 və 2022-ci illər üzrə qeyd edəcəm. 

Belə ki, 2021-ci il ilə müqayisədə 2022-ci ildə xəstəxanaya daxil olan müraciət sayı 2 dəfə artıb (57 999-dan 122 515-ə). Son 2 il ərzində müraciətlər üzrə 335 910 ambulator, 52 500 stasionar xidmət göstərilib. Ümumilikdə, 4170 cərrahi əməliyyat icra olunub”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO