Paytaxt marketində kərə yağına dadanan oğru qadın - 10 günə 24 kq 

Paytaxt marketində kərə yağına dadanan oğru qadın - 10 günə 24 kq 

Hazırda oxunan: Paytaxt marketində kərə yağına dadanan oğru qadın - 10 günə 24 kq 

116532

Bakıda supermarketdən yağ oğurlayan qadın tutulub.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən supermarketlərdən birində baş verib.

Kamera görüntülərinə əsasən, yanvarın 12-dən 22-dək olan müddətdə vitrindən 24 kiloqram kərə yağının oğurlanması üzə çıxıb və oğurluq edən qadın izlənilib.

Yanvarın 22-də həmin qadın yenidən marketdən 2 kiloqramlıq kərə yağını oğurlayıb apararkən saxlanılıb.

İlkin araşdırma zamanı həmin qadının Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü N.Abbasova olması müəyyən edilib. O, ərazi üzrə 26-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO