İsmayıllıda ƏMƏLİYYAT: Narkotacir saxlanıldı - FOTO

İsmayıllıda ƏMƏLİYYAT: Narkotacir saxlanıldı - FOTO

Hazırda oxunan: İsmayıllıda ƏMƏLİYYAT: Narkotacir saxlanıldı - FOTO

116510

İsmayıllı Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılıb. 

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə də xüsusi qulluq göstərməklə yetişdirdiyi  çətənə kolları aşkar edilərək götürülüb. 
Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni ötən ilin yay aylarında becərdiyi narkotik tərkibli bitkilərdən əldə etdiyini bildirib.

Araşdırma zamanı Elnur Mahmudovun evindən aşkarlanan narkotiki satmaq məqsədində olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO