Qışın oğlan çağında yetişən, min bir dərdin dərmanı gümüşü şiferdiya. Bu giləmeyvənin adı bizlərə nabələddi. Hətta sosial şəbəkələrin Azərbaycan seqmentində bu haqda son vaxtlar təəcüb dolu paylaşımlar olsa da çox az məlumata rast gəlinir.
Ana vətəni Amerika olan giləmeyvənin özəllikləri haqda ilk dəfə Bizim.Media-nın yerli bürosunun araşdırmalarından sonra biləcəksizniz.
Çoxları onun adını hansısa bir giləmeyvənin adı ilə ya qarışıq salır ya da başqasının adını çəkir. Maraqlıdır ki, bu giləmeyvə qışın ən sərt günlərinə kimi qalır və soyuqda, şaxtada daha yeməli olur. Bizə də məlumat daxil oldu ki, bu meyvədən Zaqatala sakinlərindən bir neçəsinin həyətində var.
Adını eşidib, dadını bilmədiyimiz bu giləmeyvəni ağacda görmək ümidi ilə yollanırıq Zaqatalanın Yuxarı Tala kəndinə. Yerli sakinlərin bir neçə ad verdiyi giləmeyvə ağacını da tapırq.
Bu işdə bizə ölkəmizdə ilk fəaliyyətə başlayan qadın kooperativinin rəhbəri Səadət Dibirova yardımçı olur. Həyətə daxil olub ağac tərəfə hərəkət edəndə maraq bizə güc gəldi. Maşallah olsun, meyvəsi boldu, sanki xırda üzüm dənələrinə bənzəyir. Adətən bu giləmeyvə şaxta görməsə, dağların başına qar düşməsə onun dadı olmaz. İndi də dadına baxanda bir qədər turşaşirindir. Lakin şaxta gördükcə daha da şirinləşir.
Bu arada öyrənirik ki, giləmeyvəni çox istifadə etmək olmaz, çünki təzyiri aşağı sala bilər. Bu barədə isə bizi Səadər Dibirova məlumatlandırır.
“Bu gözəl bitki bizim torpaqlarmızda yetişir. Amma təəssüf eləyirəm ki, xalqımızın bu gitki haqda məlumatı azdır. Belə ki, mən öz kəndimizdə sorğu keçirdim. Çox həyətlərdə bu meyvə yetişir amma onun faydası haqda heç bir məlumat yoxdur”.
Bəs bilirsiz bu giləmeyvənin vətəni hansı ölkədir və necə, hansı şəraitdə ölkəmizə gətirlib?
Bu giləmeyvəyə kimi gümüşü şiferdiya, kimi mersin, kimi də yapon iydəsi deyir. Əslində ana vətəni Amerikadır. Rus alimi Aleksandr Miçurun tərəfindən gətirilib. Qışın oğlan çağında yetişir və dərman bitkisi kimi istifadə olunur.
Səadət xanım deyir ki, şiferdiyanın meyvəsi qədər onun zoğu və yarparları da orqanizim üçün faydalıdır:
“Qeyd elədiyimiz bu bitkinin həm yarpağı, həm meyvəsi, həm gövdəsi, həm də çəyirdəyindən dərman kimi sitifadə olunur. İmmun sistemini gücləndirir, dəmirlə zəngindir, yaddaşı gücləndirir və digər xəstəliklərdə də bu təbii bitkidən istifadə eləmək olar”.
Zaqatala sakini, sahibkar Gülbahar Şabanova isə kooperativin digər xanım üzvləri ilə birlikdə şiferdiyadan müxtəlif ərzaq ehtiyatı hazırlayırlar.
Maraqlı məqamlarla qarşılaşırıq. Gülbahar xanım mətbəxində bu giləmeyvədən bir neçə adda məmulat hazırlayıb. Etiraf edək ki, ilk dəfə burada şiferdiya mürəbbəsi, onun salatı və turşusunun dadına baxırıq:
“Bu giləmeyvədən biz keşidli məhsullar hazırlamışıq. Bu bişməmiş mürəbbədir, bu isə bişmiş mürəbbədir, bu da salatdır hazırlamışıq. Bu meyvədən biz cem hazırladıq, turşudur. Bu da şirkədir. Bu da şirkənin hazır vəziyyətidir, keçən ildən hazırlamışıq. Bu meyvənin toxumlarını da biz quruduruq. Bu da soyuqdəymədə və immunutet gücləndirici kimi çox xeyrlidir”, - deyə Gülbahar xanım fikrini tamamlayır.
Bizim.Media-nın Zaqatalardan hazırladığı bu reportajdan sonra paytaxt və ölkənin digər bazarlarında bu meyvəyə rast gəlsəniz, artıq tanımış olacaqsınız. Bu meyvənin tərzini də, faydasını da bilmiş olacaqsınız.
Hamınıza sevgi və sayqılarla...
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 24.01.2023
Azərbaycanda qışın ortasında yetişən yeni meyvə peyda olub – Onu KİM GƏTİRİB?
Hazırda oxunan: Azərbaycanda qışın ortasında yetişən yeni meyvə peyda olub – Onu KİM GƏTİRİB?
Hazırda oxunan: Azərbaycanda qışın ortasında yetişən yeni meyvə peyda olub – Onu KİM GƏTİRİB?
116350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.