IDEA-dan Bakıda növbəti XEYRİYYƏ KAMPANİYASI - FOTO

IDEA-dan Bakıda növbəti XEYRİYYƏ KAMPANİYASI - FOTO

Hazırda oxunan: IDEA-dan Bakıda növbəti XEYRİYYƏ KAMPANİYASI - FOTO

116339

IDEA İctimai Birliyinin oyuncaqların təkrar istifadə üçün ianə edilməsi üzrə “Sevincini bölüş” xeyriyyə kampaniyası çərçivəsində Bakının daha iki məkanında toplanma qutuları yerləşdirilib.

Bizim.Media xəbər verir ki, “Gənclik Mall” Ticarət Mərkəzi ilə yanaşı, oyuncaq ianələrinin qəbulu üçün qutular “28 Mall” və “Dəniz Mall” ticarət mərkəzlərində də istifadəyə verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilən xüsusi ianə qutularına toplanacaq oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara təqdim ediləcək.
Həmin qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilərlər. Bu cür təkrar istifadə qutularına toplanan oyuncaqlar mütəmadi olaraq müxtəlif xeyriyyə təşkilatları və paylanma məntəqələri vasitəsilə uşaqlara paylanılacaq.

Məlum olduğu kimi, tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu sahədə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantılarının, işlənmiş batareyaların toplanılaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanılaraq təkrar istifadəyə göndərilməsi üzrə layihələr həyata keçirilir.

Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərərlə bağlıdır.
Bu xüsusda, IDEA İctimai Birliyi səhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda, həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır.

İanə edilən oyuncaqları qutulara atmazdan əvvəl təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO