Kürdəmirdə piyadanı maşın vurdu – Sürücü hadisə yerindən qaçdı 

Kürdəmirdə piyadanı maşın vurdu – Sürücü hadisə yerindən qaçdı 

Hazırda oxunan: Kürdəmirdə piyadanı maşın vurdu – Sürücü hadisə yerindən qaçdı 

116267

Kürdəmirdə avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb. 

Belə ki rayon sakini 1995-ci il təvəllüdlü Məhərrəmov Cavid Arif oğlu yolu keçmək istəyərkən onu “VAZ 21099” markalı avtomaşının sürücüsü vuraraq hadisə yerindən qaçıb. 

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hadisə yerindən qaçan sürücü isə dərhal Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib. 
Araşdırmalarla onun Göyçay rayon sakini 1998-ci il təvəllüdlü Kərimov Kərim Cahid oğlu olduğu məlum olub. 

Hazırda faktla bağlı araşdırma aprılır. 

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO