Səlim Müslümovun məhkəməsi TƏXİRƏ SALINDI 

Səlim Müslümovun məhkəməsi TƏXİRƏ SALINDI 

Hazırda oxunan: Səlim Müslümovun məhkəməsi TƏXİRƏ SALINDI 

116266

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda elan olunub. 

Belə ki, təqsirləndirilən şəxsin vəkili Ayxan Rüstəmzadə məhkəmənin təxirə salınmasını istəyib.

O, bunu 2 həftəlik ölkə xaricində ezamiyyətdə olacağı ilə əlaqəndirib. 

Məhkəmə qısa müşavirədən sonra xahişi qəbul edib. 

Növbəti iclası fevralın 6-na təyin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO