Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 5 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 43 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:32 / 23.01.2023
BQXK-nin 5 avtomobili Xankəndi-Laçın yolundan keçdi
Hazırda oxunan: BQXK-nin 5 avtomobili Xankəndi-Laçın yolundan keçdi
Hazırda oxunan: BQXK-nin 5 avtomobili Xankəndi-Laçın yolundan keçdi
116136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.