Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb.
Bizim.Media xəbər verir ki, yanvarın 22-də "Bakı Metropoliteni" QSC-də maşinist işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu "Avtovağzal metrostansiyası"nın 98-ci piketində təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.
MÖVZU İLƏ BAĞLI:
Bakı metrosunda FACİƏ - Maşinist qatar idarə edərkən ölüb
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media